Bəlkə də müasir oxucu üçün təəccüblü gələ bilər, amma bu hadisə 1936-cı Şəkidə baş verib.
Lent.az-ın xəbərinə görə, “Nuxa fəhləsi” qəzetinin 1936-cı ilin avqustundakı nömrələrinin birində belə bir məqalə dərc edilib: “Radionu təmir etdirmir”.
Müəllif qeyd edir ki, Orta Zəyzid kəndinin Lenin adına kolxozun kitabxanasında kitab və qəzet yoxdur. Hələ bu azmış kimi kolxoz sədri qiraətxanadakı radionu təmit etdirmir.
Latın qrafikasının ilkin versiyasında tərtib edilmiş edilmiş məqaləni oxuyub başa düşmək müasir Azərbaycan vətəndaşı üçün çox da çətin deyil.
Amma bir faktı da unutmayaq ki, Şərqdə ilk dəfə radio ilə məhz azərbaycanlılar tanış olub.