Moskva vilayətində şir və bəbirlər üçün qoruq yaradılıb.
Lent.az Ren TV”ə istinadən xəbər verir ki, bu tamamilə unikal bir layihədir.
Yeni qoruğun sakinləri - şirlər və bəbirlər bura müxtəlif yerlərdən gətirilib.
Xüsusi olaraq o da vurğulanıb ki, onlar vəhşi təbiətdən çıxarılmayıb.
İndi heyvanlara insanlardan qorxmamaq öyrədilir.
50-yə yaxın heyvan bura zooparkdan, sirkdən gətirilib.
Park ziyarətçilər üçün hər gün fəaliyyət göstərir.