Saatı 14 manata kassir köməkçisi işləyən KRALİÇA NƏVƏSİ
II Yelizavetanın nəvəsi 18 yaşlı Ledi Luiza Vindzor ticarət mərkəzində kassir köməkçisi işləyir.
Lent.az Britaniya mətbuatına istinadən xəbər verir ki, Luzanın məvacibi 1 saat üçün 6,83 funt sterlinq (təxminən 13 manat 81 qəpik) hesablanır.
Mərkəzə gələn ziyarətçilər kraliça nəvəsini görən kimi tanıyıblar.
Mərkəzdə alış-veriş edən müştərilərdən biri deyib ki, onu kassada görəndə əvvəlcə inanmadım:
“Kraliçanın nəvəsini belə yerdə görəcəyimi heç düşünməzdim. Kral ailəsinin bir üzvünün bu işi bəyəndiyini fikirləşdim. Deyəsən, işçi heyəti onu sevir. Yəqin Luiza üçün həmkarlarının ona qarşı xoş münasibəti çox dəyərlidir”.
Qeyd edək ki, Luiza bu il ölkənin ən nüfuzlu təhsil müəssisələrindən birinə - Sent-Endryus Universitetinə daxil olub. Şahzadə Uilyam və Kate Middleton da bu təhsil ocağını bitirib .