Rusiyada sanksiyalara görə, meyvə şirəsi qablarını, şərab bağlamalarını rəngləmək üçün boyalar, xüsusi laklar və kartonlarla bağlı problemlər yaşanmağa başlayıb.
Lent.az xəbər verir ki, əgər “Tetra” şirkəti sanksiyalara davam edərsə, Rusiya karton qablaşdırmadan şüşəyə keçəcək.
Məlumata görə, Rusiyada qablaşdırma üçün boya artıq tükənib.
Aşağıdakı şəkildə vəziyyətin necə ağır olduğunu görmək mümkündür.
Belə ki, birinci foto sanksiyalardan əvvəl, ikinci sanksiyalardan 4-5 həftə sonra, 3-cü isə mayın 18-də istehsal edilən qutudur.
Göründüyü kimi, sonuncu şirə qabı rəngsizdir.