Qısa boylu insanlar niyə paxıl və qısqanc  olurlar? - Elmi izahat
13 iyun 2025 19:04 (UTC +04:00)

Qısa boylu insanlar niyə paxıl və qısqanc olurlar? - Elmi izahat

Yeni elmi araşdırmalar göstərib ki, insanlar arasında paxıllıq, həsəd və rəqabət hissləri onların boyu və öz boylarına münasibəti ilə bağlıdır. Xüsusən də, boyu daha alçaq olan kişilər bu emosiyaları daha tez-tez yaşayır və uzunboylulardan daha çox rəqabət aparırlar.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, araşdırmaçılar Daniel Talbot və Piter Jonason 302 iştirakçının (63 faizi kişilərdən ibarət olub) məlumatlarını təhlil edərək bir neçə mühüm qanunauyğunluq aşkar ediblər.

Birincisi, boyu daha qısa olan insanlar, xüsusilə kişilər, daxili rəqabət, paxıllıq və həsəd səviyyələrinin daha yüksək olduğunu göstəriblər.

İkincisi, daha uzun boylu olmaq istəyən və ya ideal boy göstəricisi daha aşağı olan insanlar həmyaşıdları ilə daha çox rəqabət aparırlar.

Araşdırma təsdiqləyib ki, insanın öz boyuna psixoloji baxış tərzi sosial münasibətlər və davranışlar üçün mühüm əhəmiyyət daşıyır.

Öz boyundan narazı qalan insanlar başqaları ilə münasibətlərdə daxili rəqabətə və paxıllığa daha meyilli olurlar.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 662

Oxşar yazılar