Qaçırdıqları qızı 7 il qutuda  SAXLADILAR – Təcavüz, zorakılıq, işgəncə... 
08 sentyabr 2022 09:54 (UTC +04:00)

Qaçırdıqları qızı 7 il qutuda SAXLADILAR – Təcavüz, zorakılıq, işgəncə... 

Amerikada 20 yaşlı gənc qız azğın cütlüyün qurbanı olub. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, o, hər gün 90 sm səs keçirməyən qutuda 23 saat saxlanılıb. Qutudan çıxarıldığı bir saat müddətində də canavar cütlüyün işgəncəsi və təcavüzünə məruz qalıb.

19 may 1977-ci il... 

20 yaşlı Colleen J. Stan rəfiqəsinin ad günündə iştirak etmək üçün evdən çıxanda bütün həyatının dönməz şəkildə alt-üst olacağından xəbərsiz idi. Yolun kənarında gedərkən mavi rəngli mikroavtobus ona yaxınlaşır. Maşının içində gənc cütlük və bir körpə olur.

Gənc qız körpəni arxa oturacaqda görəndə maşına minməyə tərəddüd etmir. Əksinə mehriban bir cütlüklə səyahət etdiyi üçün özünü xoşbəxt hiss edir. Ancaq bu hiss tezliklə yalan olduğunu çox acınacaqlı şəkildə qıza sübut edəcək. Maşın yanacaqdoldurma məntəqəsində dayananda bir səs qıza yaxınlaşıb “Pəncərədən atla, qaç və heç arxaya baxma”, - deyir. 

Qız narahatlığını bir kənara qoyub yola davam edərkən yan oturacağındakı qəribə əşya onun diqqətini çəkir. Gənc qız çuxurlu böyük taxta qutunun nə üçün istifadə olunduğunu belə bilmirdi. 

Cəmi 30 dəqiqə sonra fabrik işçisi Kameron Huker maşını yavaş-yavaş torpaq yola çəkdi və qızın boğazına bıçaq dayadı. Gənc qız cani Huker tərəfindən ağzı lentlə bağlandı. Onu tabuta oxşayan qutuya qoyub, qutunu da evin zirzəmisinə apardı. Daha sonra qızın geyimlərini çıxarıb, zəncirlə dirəyə bağladı.

Azğın adam gözü bağlı Colleeni döyüb, ardınca gənc qıza təcavüz etdi. Daha sonra o, gənc qızın ələ keçirilməsini arvadı Janice ilə cinsi əlaqəyə girərək qeyd edib.

Huker cütlüyü gənc qızı gündə 23 saat 90 santimetr olan qutuya həbs edib. Colleen J. Stan gündə cəmi bir saat qutudan çıxarılır və 60 dəqiqə işgəncəyə və təcavüzə məruz qalırdı.

“Canavar” cütlük daha sonra karavana köçdüyü üçün işgəncə otağını yeni evlərinə uyğun vəziyyətə gətirdilər. Colleen J. Stan taxta qutuda qalmaq məcburiyyətində oldu və ona ən kiçik səs-küy salmaq qəti qadağan edildi. 

Gənc qız çarpayının altındakı “məzarında” hərəkətsiz yatdığı halda Cenis Huker ikinci övladını dünyaya gətirdi.


 Azğın cütlük yavaş-yavaş balaca qızı “The Company” adlı bir təşkilatda iştirak etdiyinə inandırdı. O, Colleenə deyirdi ki, əgər qaçmağa çalışsa, şirkət onu çarmıxa çəkəcək və ya güllələyəcək. Canavar cütlüyün istədiklərini sorğu-sualsız etməyə başlayan və qaçmaq ümidini itirən gənc qız “qul” müqaviləsi imzalamaq məcburiyyətində qalır. Müqaviləyə əsasən, məhbus Colleen J. Stan-in yeni adı indi sadəcə “Kollin” oldu. 

Cütlük gənc qıza ailəsini ziyarət etməyə icazə verdi. Ailəsini gördükdən sonra geri qayıdan Kollin valideynlərini Hookers ilə xoşbəxt olduğuna inandırdı.

Təqvimlər 1984-cü ili göstərdikdə, Janice gənc qıza "The Company" adlı təşkilatın əslində olmadığını etiraf etdi və üstəlik 15 yaşından eyni cəhənnəmdə yaşadığını söylədi. O, 27 yaşlı qızın qaçmasına kömək edib, onu avtovağzala apardı. Bir il sonra Janice polisə azğın ərinin etdiklərini danışmağı qərara aldı. Onun polisə söylədiyi məlumatlar arasında 1976-cı ildə əri tərəfindən qaçırılaraq öldürülən başqa bir gənc qızın da olduğu aşkarlandı.

Ərini hakim qarşısına çıxaran Janice prokurorluqdan toxunulmazlıq aldı. Kollin C. Stanı oğurlamaq və ona işgəncə vermək, zorlamaq ittihamı ilə 104 il həbs cəzasına məhkum edilmiş Cameron Hukerin hazırda 68 yaşı var.

İndi 62 yaşında olan Colleen üçün yeddi ağlasığmaz ildən sonra həyata qayıtmaq çox çətin idi. Sonrakı illərdə mühasibatlıq təhsili alan qadın hazırda uşaq anasıdır. İndiyə qədər bir çox sənədli film, kitab və tamaşaya mövzu olan “Qutudakı Qız” hazırda sənədli film olaraq tamaşaçılara təqdim olunacaq.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7356
avatar

Fidan İlqar

Oxşar yazılar

Arktika yenidən dondurulur?

Arktika yenidən dondurulur?

13 dekabr 2024 , 12:50
İlon Maskın sərvəti artdı - O dünyanın ən varlı insanıdır

İlon Maskın sərvəti artdı - O dünyanın ən varlı insanıdır

13 dekabr 2024 , 02:05
Qadının əri hansıdır?  Əyləncəli 5 saniyəlik TEST

Qadının əri hansıdır? Əyləncəli 5 saniyəlik TEST

13 dekabr 2024 , 00:15
13-cü Cümə günündən qorxmalıyıqmı?

13-cü Cümə günündən qorxmalıyıqmı?

13 dekabr 2024 , 00:01
XXI əsrin qullar ölkəsi

XXI əsrin qullar ölkəsi

12 dekabr 2024 , 20:15
Avropanın bu ölkəsində zibil polisi  var

Avropanın bu ölkəsində zibil polisi var

12 dekabr 2024 , 13:09
Bu göldə kim çimirsə dönüb sarışın olur

Bu göldə kim çimirsə dönüb sarışın olur

12 dekabr 2024 , 12:04
Hər bürcün həyatında  ən əlamətdar   illər

Hər bürcün həyatında ən əlamətdar illər

12 dekabr 2024 , 09:09