Rusiyada qadın ev pişiyi ilə dava etdikdən sonra ölümdən qurtulub..
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, qadın çiyinlərində şişlik və yüksək hərarət şikayətləri ilə cərrahlara müraciət edib.
Həkimlər qadına ölümlə nəticələnə bilən irinli iltihab olan “flegmona” diaqnozu qoyublar. Zərərçəkənin sözlərinə görə, bir həftə əvvəl pişiyi ilə dava edib. Nəticədə pişik qadının çiynindən dişləyib.
Balaşixa xəstəxanasının baş həkimi Mixail Antipovun sözlərinə görə, flegmona irinli prosesin bütün bədənə sürətlə yayılmasına gətirib çıxarır ki, bunun da qarşısını cərrahi müdaxilə ilə almaq olar:
“Xəstənin yarılması və sol çiyin flegmonunun drenajı aparılıb. Əməliyyatdan sonra antibakterial, iltihabəleyhinə, simptomatik terapiya təyin olunur”.
İndi qadın özünü yaxşı hiss edir və sonrakı müalicəsi üçün artıq xəstəxanadan evə buraxılıb.