Pişik metronun hərəkətini İFLİC ETDİ
28 oktyabr 2021 00:20 (UTC +04:00)

Pişik metronun hərəkətini İFLİC ETDİ

Hadisə Fransada baş verib.

Lent.az-ın “ouest-france.fr”ə istinadla xəbərinə görə, Lyon metropolitenində maşinist səhər saatlarında stansiyadan hərəkətə başlayarkən xəttin üstündə pişiyə rast gəlib. Maşinist işıq və səs siqnalları ilə pişiyi uzaqlaşdırmaq istəsə də heyvan reaksiya verməyib. Bundan sonra o, qatarı 3 km/saat sürətlə hərəkət etditib.

Pişik son anda relsdən kənara çəkilib.

Metro işçilərinin dediyinə görə pişik yaxınlıqdakı evlərdən birində yaşayır.

# 8325
avatar

Oxşar yazılar