Bu maraqlı hadisə Argentinada olub.
Lent.az xəbər verir ki, işdən qayıdan qadın yol kənarında ölmüş pişiyin yanında 2 bala görüb.
O, balaları evə gətirib qulluq etməyə başlayıb. Onlardan biri 1 həftə sonra ölüb, digəri sürətlə böyüyüb. Lakin əsl qəribəlik 2 ay sonra baş verib.
Qadın heyvanı peyvənd üçün veterinara apardıqda həkim bunun pişik deyil, başqa canlı olduğunu bildirib. Lakin heyvanın konkret nə olduğunu bilməyən veterinar biologiya elmləri doktoru olan qonşusundan kömək istəyib. Heyvan xəstəxanasına gələn zooloq dərhal canlını tanıyıb. Sən demə qadının bəslədiyi pişik deyil, yaquarundidir (puma cinsindən olan yırtıcı heyvan).
Alimin təklifi konkret olub: heyvan dərhal təbiəti mühafizə cəmiyyətinə verilməli, adaptasiya prosesindən sonra təbiətə buraxılmalıdır. Təklif qəbul olunub.