Antarktida sahillərində yaşayan pinqvinlərin ifrazatı qar üzərində yaşıl yosunların inkişafını sürətləndirir.
Lent.az xəbər verir ki, alimlərin araşdırmasına görə, bu yosunlar qarın rəngini dəyişərək günəş enerjisinin daha çox udulmasına səbəb olur və nəticədə qarın əriməsi sürətlənir.
Tədqiqatçılar hesab edirlər ki, canlıların fəaliyyəti ilə əlaqəli bu proses Antarktidada buzsuz ərazilərin genişlənməsinə təsir göstərə bilər.