“Ok” Amerika ifadəsidir. “Hər şey yaxşıdır, hər şey qaydasındadır” mənasını ifadə edir. Artıq beynəlxalq söz hesab olunur və demək olar ki, bütün dövlətlərdə bu kəlmə hədsiz dərəcədə çox işlənilir.
Global Language Monitor(GLM) Assosiyasının müşahidələrinə görə, “OK” planetdə ən çox yayılmış və hamının qəbul etdiyi sözdür.
Bəs hər gün işlətdiyimiz bu söz haradan meydana gəlib? Mənası nədir?
Lent.az xəbər verir ki, bununla bağlı iki versiya mövcuddur.
Birinci versiya ABŞ prezidentinin adı ilə bağlıdır. Belə ki, “O.K.” - Amerika Birləşmiş Ştatlarının 8-ci prezidenti olmuş Martin Vay Byurenin ləqəbi olub. Yəni onun doğulduğu holland qəsəbəsi “Old Kinderhook” – “O.K.” bu cür adlanırdı.
Prezident bu bənzəri olmayan adı özünə təxəllüs seçir. Beləliklə, seçki öncəsi nyu-yorklu demokratlar belə bir reklam sloqanı hazırlayırlar: “Old Kinderhook is O.K”.
Seçkilərdə dəstək məqsədi ilə Martin “The OK Club” adlı siyası qrup yaradıb. “Ok” daim dildə dolaşmağa başlayıb. Bu sözün yaranma tarixi 1839-cu il martın 22-si hesab olunur. Amma ilk dəfə 1938-ci ildə Boston qəzetlərinin birində işlədilib. Hazırda “O.K.” kəlməsinin 183 yaşı var. Martin Van Byuren “OK” sözcüyünün müəllifi hesab olunur.
Bundan başqa, daha bir versiya da var. Burada “OK” ifadəsi – “oll korrect” sözlərini ifadə edir, yəni “all correct” sözünün yanlış yazılışını.
Deyilənlərə görə, ABŞ prezidenti Endryü Cekson “alla correct” sözünü, yəni “hər şey qaydasındadır” ifadəsini “oll korrect” kimi işlədirdi. Amma bu, ikinci fərziyyədir.