“O mənə tanış gəlir"  - Niyə ilk gördüyümüz insan haqqında belə düşünürük?
10 avqust 2024 16:21 (UTC +04:00)

“O mənə tanış gəlir" - Niyə ilk gördüyümüz insan haqqında belə düşünürük?

Demək olar ki, hər kəsin ömründə bir dəfə ilk gördüyü insanın ona tanış gəlməsi vəziyyətlə tanışdır. Lakin onu harda gördüyünü xatırlaya bilmir. Alimlər bu məşhur vəziyyəti “tanış üz” adlandırırlar.

Bəs, niyə ilk gördüyümüz insan bizə tanış gəlir?

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu mövzuda araşdırma Los-Ancelesdə amerikalı alimlər tərəfindən aparılıb.

Əgər kimisə ilk dəfə gördüyünüz anda sizə tanış gəlirsə, bunu xatırlamaq üçün beyninizi məcbur etməyin. Onunla demək olar ki, heç bir əlaqəsi yoxdur.

Alimlərin qənaətləri

Bənzər bir vəziyyətdə özünüzü tapsanız, təxmin etməkdən narahat olmayın, əksinə dərhal bunun qarşınızda bir qərib olduğu ilə barışın. Bu hal bir insanın təsadüfi yoldan keçən birinin üzünü öyrəndiyi anda baş verir. Bu zaman beynin "amigdala" adlanan bölgəsində məlumatın yadda saxlanması ilə bağlı proseslər baş verir. Eyni zamanda, məlumatların işlənməsi və yaddaşın formalaşmasına cavabdeh olan hipokampusdakı proseslər aktivləşir.

Yəni insan beyni yaddaşda oxşar simaları xatırlamağa, tanımağa və axtarmağa köklənib. Bu hal beyinin əvvəllər tanış olan digər insanların üzləri ilə bir qəribin ümumi xüsusiyyətlərini müəyyən etməsi ilə izah olunur. Və bu funksiya fonda işləyir. Bu insanı harada gördüyünü hələ də xatırlaya bilmirsənsə, tamamilə normal bir hadisə olduğuna inan.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2820
avatar

Fidan İlqar

Oxşar yazılar