Niyə əməliyyat otaqlarında divarlar ağ rəngdə  olmur?  Maraqlı fakt
23 oktyabr 2025 12:59 (UTC +04:00)

Niyə əməliyyat otaqlarında divarlar ağ rəngdə olmur? Maraqlı fakt

0

XIX–XX əsrlərdə əməliyyat otaqları ağ rəngdə olurdu. Ağ rəng təmizlik və steril mühitin simvolu sayılırdı. Amma təcrübə göstərdi ki, ağ rəng həkimlərin işini çətinləşdirir. Həkimlər əməliyyat zamanı uzun müddət qanın qırmızı rənginə baxırlar. Güclü işıq və ağ divarlar birləşəndə gözlərdə optik illüziyalar yaranırdı, həkimlərin gözünün qarşısında yaşıl ləkələr görünürdü. Bu isə diqqətin yayınmasına, göz yorğunluğuna və hətta qısa müddətli “korluq effekti”nə səbəb olurdu.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, XX əsrin ortalarından etibarən xəstəxanalar əməliyyat otaqlarını kütləvi şəkildə yaşıl və mavi rəngə boyamağa başladılar.

Cərrahların geyimləri də bu rənglərdə seçilir. Yaşıl və mavi rəng qırmızı rəngin komplementar tonlarıdır, yəni rəng çarxında bir-birinə qarşı duran rənglərdir. Bu qarşılıq gözün qırmızıya adaptasiyasını tarazlayır, görməni dəqiqləşdirir, yorğunluğu azaldır. Uzun və ağır əməliyyatlarda bu, həkim üçün kritik dərəcədə önəmli amildir.

Sadə görünsə də, xəstəxanalarda rəng seçimi həkimlərin iş keyfiyyətinə və nəticə etibarilə xəstənin həyatına təsir edən incə, amma çox vacib detal sayılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 418

Oxşar yazılar