Dünyanın ikinci ən böyük krater gölü olan Nemrutda yerləşən Martı Adası (martı - qağayı) gözəlliyi ilə hər kəsi heyran qoyur.
Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, Türkiyənin ən böyük krater gölü olan Bitlisin Tatvan rayonundakı Nemrut gölündə yerləşən Martı Adası, kəşf edilməsini gözləyir. Adını ev sahibliyi etdiyi minlərlə qağayıdan alan ada, təbiəti və gözəlliyi ilə heyran qoyur. Hər il minlərlə yerli və xarici turisti qəbul edən Nemrut Krater Gölündə yerləşən adanı az adam tanıyır.
Qağayıların və digər quşların civiltisi qonaqlara rahatlıq verir. Martı Adasına gəmi və ya qayıqla getmək olar.
Nemrut Krater Gölünü ziyarət etmək üçün gələn təbiət həvəskarları ilk dəfə gördükləri bu mənzərəni heyrətlə izləyirlər.
Bitlis Mədəniyyət və Turizm İl Müdirliyi tərəfindən Martı Adasının kəşf edilməsi və bununla da turizmə gətirilməsi üçün işlər davam edir.