Müharibə məktubları 109 ildən sonra  dənizdən tapıldı
31 oktyabr 2025 21:41 (UTC +04:00)

Müharibə məktubları 109 ildən sonra dənizdən tapıldı

0

Birinci Dünya Müharibəsi zamanı Fransa cəbhəsinə gedən iki Avstraliya əsgərinin şüşə butulkada dənizə buraxdıqları məktublar 109 ildən sonra Avstraliyanın qərb sahillərində tapılıb.

Lent.az xəbər verir ki, Qərbi Avstraliyanın Esperans şəhərindəki çimərlikdə gəzişən Braun ailəsi sahilə atılan şüşə butulkada iki ayrı məktub tapıb.

Butulkadakı məktubların 15 avqust 1916-cı ildə 27 yaşlı sıravi Malkolm Nevil və 37 yaşlı sıravi Uilyam Harli tərəfindən yazıldığı müəyyən edilib. Əsgərlərin 12 avqust 1916-cı ildə "HMAT A70 Ballarat" gəmisində Adelaidadan Fransada Qərb Cəbhəsində xidmət edən 48-ci Avstraliya Piyada Batalyonuna dəstək vermək üçün yola düşdüyü bildirilir.

Nevilin bir il sonra müharibədə vəfat etdiyi, Harlinin isə sağ qaldığı, lakin 1934-cü ildə xərçəngdən öldüyü və Adelaidada dəfn edildiyi bildirilir.

Nevill anası Robertina Nevilə yazdığı məktubda mindikləri gəmidəki yeməyin yaxşı olduğunu, yalnız bir yeməyin dənizə atılmalı olduğunu yazıb. Yüksək əhval-ruhiyyəsini ifadə edən Nevil məktubu tapan hər kəsdən onu anasına çatdırmasını istəyib. Harli isə bildirib ki, anası artıq sağ olmadığı üçün məktub tapan şəxsdə qala bilər.

Harlinin nəvəsi Ann Turner məktubların tapılmasını belə ifadə edib: "Möcüzə kimidir. Biz onun babamızın məzarından bizə çatdığını hiss edirik". Nevilin qohumu Herbi Nevil isə bunları deyib: "Görünür, o, müharibədən həyəcanlı idi. Amma təəssüf ki, o, dünyasını dəyişdi."

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 554

Oxşar yazılar