Mövsümün ilk   gilası 30 minə  satıldı
21 aprel 2026 18:17 (UTC +04:00)

Mövsümün ilk gilası 30 minə satıldı

0

Türkiyənin Manisa vilayətində şimal yarımkürəsində yetişən ilk gilas bazara çıxarılıb. Mövsümün ilk məhsulu ənənəvi olaraq açıq hərrac yolu ilə satılıb və qiyməti rekord həddə çatıb.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, bu il bazara ilk gilas gətirən fermer Yusuf Bakan olub. Onun yetişdirdiyi məhsul keçirilən açıq hərracda kiloqramı 6 min türk lirəsinə (təxminən 227 manat) Mesut Altıok adlı alıcıya satılıb.

Təxminən 30 min lirəyə 5 kiloqram gilas alan alıcı Mesut Altıok bildirib ki, qiymətin yüksək olmasına baxmayaraq bu alış simvolik xarakter daşıyır və əsas məqsəd fermerlərə dəstək göstərməkdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 340

Oxşar yazılar