Hindistanda bir fermer meymunların hücumuna məruz qalaraq ölüb.
Lent.az xəbər verir ki, bu barədə “The Times of India” saytı məlumat yayıb.
Hadisə 52 yaşlı kişinin evinin damında işləyərkən baş verib. Belə ki, 30-a yaxın meymun ona hücum edib.
Nəticədə qaçmaq istəyən kişi damdan yıxılıb. O, ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Hazırda həmin şəxsin iki oğlu baş verənlərə görə məsuliyyət daşıyanları tapmağa çalışır.
Onlar “Hökumət bununla bağlı nə isə etməlidir. Hər gün yüzlərlə meymun evlərimizə, əkinlərimizə hücum edir”, deyə şikayət ediblər.
Qeyd edək ki, meymun hücumları Hindistanda getdikcə daha ciddi problemlərə çevrilir.