Maşın sönülü olarsa,  pəncərələri necə qaldırmaq olar? - Bilmədiyiniz ÜSUL
25 oktyabr 2025 16:44 (UTC +04:00)

Maşın sönülü olarsa, pəncərələri necə qaldırmaq olar? - Bilmədiyiniz ÜSUL

0

Müasir avtomobillərdə getdikcə daha çox elə faydalı funksiyalar meydana çıxır ki, sahibləri bunun varlığından hətta xəbərsiz olurlar. İstehsalçılar salon daxilində düymələrin sayını minimuma endirməyə çalışdıqları üçün bəzi imkanlar gizli qalır və nəzərə çarpmır.

Lent.az xəbər verir ki, belə az tanınan funksiyalardan biri pəncərələrin bağlanması ilə bağlıdır. Bu funksiya mühərrik söndürülsə və açar alışdırma ştirindən çıxarılmış olsa belə, pəncərələri qaldırmağa imkan verir.

Adətən, avtomobil dayandırıldıqdan sonra pəncərələr açıq qalarsa, onları bağlamaq üçün yenidən mühərriki işə salmaq lazım gəlir ki, bu da narahatlıq yaradır.

Lakin bir çox müasir modellərdə mühərriki işə salmadan şüşəni bağlamağa imkan verən gizli rejim nəzərdə tutulub. Ekspertlərin sözlərinə görə, bunun üçün sadəcə olaraq ön pəncərə qaldırıcılarının hər iki düyməsini eyni vaxtda yuxarı mövqedə sıxıb saxlamaq kifayətdir. Bir neçə saniyədən sonra sistem avtomatik bağlanmanı aktivləşdirir və pəncərələr tam şəkildə qalxır.

Mütəxəssislər bildirir ki, düymələri tez buraxmaq olmaz, çünki bəzi avtomobillərdə funksiya işləməyə bilər. Bu imkan bir çox maşınlarda quraşdırılır, lakin sürücülərin böyük hissəsi bu “sirləri” ya təsadüfən, ya da internet vasitəsilə öyrənir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 337

Oxşar yazılar