Leninin qohumu onun  yenidən dəfn edilməsi   ideyasından DANIŞDI
16 may 2023 16:47 (UTC +04:00)

Leninin qohumu onun yenidən dəfn edilməsi ideyasından DANIŞDI

SSRİ-nin qurucusu Vladimir Ulyanovun (Lenin) yenidən dəfn edilməsi ideyasına onun kiçik qardaşı Dmitrinin nəvəsi, 45 yaşlı Yelena Ulyanova qarşı çıxıb. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, o, inqilabçılar ailəsinin son varisi hesab olunur.

"Cəsəd Mavzoleydə qalmalıdır", - Ulyanova deyib. Eyni zamanda, qeyd edib ki, nənəsi onun dəfn olunmasını müdafiə edib.

Oktyabr inqilabı liderinin varisinin dediyinə görə, o, həmişə məşhur qohumu ilə görünməz bir əlaqə hiss edib. Və çətin vəziyyətlərdə o, Aleksandrov bağına gəlib və zehni olaraq ondan kömək istəyib.

Vladimir Lenin 1924-cü il yanvarın 21-də Moskva yaxınlığındakı Qorkidə vəfat edib. Onun cəsədi mumiyalaşdırılaraq Qızıl meydanda xüsusi tikilmiş Mavzoleyə qoyulub. 1991-ci ildə SSRİ-nin dağılmasından sonra inqilabçının cəsədinin yenidən dəfn edilməsi məsələsi müxtəlif səviyyələrdə dəfələrlə qaldırılıb.

Ulyanova bir müddət əvvəl Moskvadakı miras və uşaqlıq illərindən danışıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1974
avatar

Oxşar yazılar