Yazıçı Tom Bauer bildirib ki, o vaxt hələ şahzadə olan Çarlz streç filmlə ilk təmasında guya “çığırtı qoparıb” və “titrəyib”. O dövrdə gələcək kralı bu qədər qorxudanın nə olduğu isə hələ də məlum deyil.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, Çarlzın əsas narahatlıqlarından biri onun gündəlik həyatdan uzaq olması idi və bu, xüsusilə streç film ilə “mübarizəsi” zamanı özünü göstərib.
Xoşbəxtlikdən o vaxt həyat yoldaşı Kamilla köməyə yetişib və Çarlza bunun nə olduğunu başa salmağın yolunu tapıb.
“Çarlz yemək otağına daxil oldu və qışqırdı. Ən pisini düşünən Kamilla dərhal onun arxasınca qaçdı. “Bu nədir?” – yeməyi göstərərək soruşdu. “Bu streç filmdir, əzizim”, – Kamilla cavab verib.