Kral sarayının fotoqrafı Kris Cekson Böyük Britaniyanın yeni kralı III Çarlzın ev şəraitindəki fotosunu nümayiş etdirib.
Lent.az xarici mediaya istinadla bildirir ki, şəkildə ayaqqabılarını çıxaran kral gülümsəyir. Şəkl “Instagram”da yayılıb.
"Yeni kralımızın Şotlandiyadakı Damfres House ərazisini gəzdikdən sonra ayaqqabılarını çıxararkən ən çox bəyəndiyim fotolardan biri", - fotonun altında qeyd edilib.
Qeyd etmək lazımdır ki, şəklə əsasən, lral Çarlz çox köhnəlmiş ayaqqabı geyinir. Üstəlik, Ceksonun yanında olmasına baxmayaraq, kadr zamanı özünü olduqca rahat hiss edir.