Görmə qabiliyyətini itirmiş yaşlı insanlar üçün yeni cihaz ixtira olunub.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, kor insanlar tükdən də nazik olan Prima adlı cihaz sayəsində yenidən görə biliblər. Əməliyyatdan sonra iştirakçılar təkcə hərəkət edib əşyaları tanıya bilməklə kifayətlənməyib, hətta mətn də oxuyublar.
Bu mikroçip retina altına implantasiya olunur və kamera ilə təchiz edilmiş AR eynəklər görüntünü birbaşa görmə siniri vasitəsilə beyinə ötürür. Alimlər bu nəticəni korluğun müalicəsində inqilab adlandırıb.