Britaniyalı komediya ustası Adam Kay yeni kitabında ilk dəfə illər öncə Yeni Zelandiyadakı tətili zamanı yaşadığı dəhşəti bölüşüb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, o zaman həkim işlədiyini və tibb konqresi üçün Yeni Zelandiyaya getdiyini bildirən Kay, burada təcavüzə uğradığını açıqlayıb.
Kay Yeni Zelandiyada tibbi konfransda 20 dəqiqəlik çıxış etdiyini, sonra istirahət etmək üçün otelin saunasına getdiyini deyib.
İngilis komediya ustası kitabında ilk dəfə yaşadıqlarından bəhs edib: “O zaman həyat yoldaşımı bir kişi ilə aldatmağı düşünürdüm. Yalnız bundan sonra onun yanına və heteroseksual həyatıma qayıdacaqdım”.
O, təxminən 10 il əvvəl oteldəki saunaya girdiyini və orada 40 yaşlarında fransız ləhcəli bir kişinin qolundan tutub tutqun bir otağa apardığını deyib. Kay kitabında “Burada məni zorladı və sonra “Təşəkkür edirəm” dediyini yazıb.
Kay dəhşətli hadisə zamanı dəfələrlə müqavimət göstərməyə çalışdığını və “yox” deyib qışqırdığını vurğulayıb: “O, məni döyə bildi və başımı antiseptik qoxuyan döşəyə qoydu. Qışqırmağa çalışdım, amma musiqi çox yüksək idi. Bilirdim ki, başqa heç kim məni eşitməyəcək”.
Kay, başına gələnlərdən sonra polisə gedə bilməyəcəyini söyləyib:
“Bunu heç vaxt inkar edə və ya heç olmamış kimi davrana bilməzdim, amma yenə də keçə biləcəyim yeganə yol kimi hiss etdim".
Britaniyalı on il ərzində başına gələnləri heç kimə söyləməyib: “Bəlkə də çox utandım”.
Bu gün Pink News tərəfindən ən nüfuzlu 50 LGBT Twitter istifadəçisi arasında yer alan Kay homoseksual olduğunu açıqlayıb. O, indi Oksfordşirdə əri, “Game of Thrones” filminin prodüseri Ceyms Farrellə birlikdə yaşayır.