Polşada kəllə sümüyünün 80%-i olmadan doğulan uşağa 3D printer ilə kəllə sümüyü hazırlanıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Polşanın Jeşuv şəhərindən olan bir qız uşağında anadangəlmə qüsur aşkar edilib, bu qüsur səbəbindən kəllə sümüyünün beşdəbir hissəsi başının arxasında düzgün formalaşmayıb.
Hamiləlik dövründə deformasiya diqqətdən kənarda qalıb və həkimlər onu yalnız uşaq doğulduqdan sonra görüblər.
Polşalı mütəxəssislər başının arxasındakı kəllə hissəsi olmadan doğulan uşaq üzərində innovativ əməliyyat keçiriblər. Mühəndislər uşaq üçün 2 versiyada kəllə sümüyü modeli hazırlayıblar: İlk model SLS texnologiyası ilə 24 saata hazırlanıb.
Digər model isə SLA texnologiyası ilə 8 saata hazırlanıb.
Əməliyyat iki saat davam edib, cərrahlar uşağın dərisindən və yumşaq toxumalarından başın arxasına yamaq qoyublar. Bununla belə, problem qismən həll olunub, çünki gələcəkdə çatışmayan sümüyün bərpa edilməsi üzrə əlavə əməliyyatlar tələb olunacaq və bu əməliyyatda da 3D çap texnologiyasından istifadə olunacaq.
Hələ ki, uşaq müşahidə altındadır - həkimlər onun vəziyyətinə və başının arxasındakı kəllə sümüyünün necə bitişməsinə nəzarət edəcəklər.
"Bu, çox nadir bir qüsurdur və 20 illik fəaliyyətimdə ilk dəfə belə bir prosedur ilə qarşılaşmalı oldum”, - deyə əməliyyatı həyata keçirən professor Lukaş Krakovçik vurğulayıb.