Cenevrə Universitetinin alimləri pianoda müəyyən akkord ifa etməklə qorxulu yuxulardan qurtulmağın yeni üsulunu təklif ediblər.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, araşdırmada kabuslar şəklində yuxu pozğunluğu diaqnozu qoyulmuş 36 könüllü iştirak edib.
Tədqiqatçılar könüllülərdən ən çox gördükləri kabusları müsbət mənada yenidən yazmağı, həmçinin müsbət emosiyalarla əlaqələndirdikləri səslər haqqında danışmağı xahiş ediblər.
"Kabusları yenidən yazdıqdan" sonra könüllülər yuxuya gediblər və kabusların çox ehtimal olunduğu REM yuxusu zamanı hər 10 saniyədən bir müsbət təcrübələrlə əlaqəli C6/9 piano akkordu çalınıb.
Araşdırmanın əvvəlində nəzarət qrupunda həftədə orta hesabla 2,58 kabus olub, araşdırmanın sonunda nəzarət qrupunda kabusların sayı 1,02-yə qədər azalıb.
“Kabusların sürətlə azaldığını müşahidə etdik və yuxular emosional olaraq daha müsbət hala gəldi. Bu nəticələr yuxu zamanı zehnimizin emosiyalarımızı necə emal etdiyini öyrənmək, həmçinin yeni müalicə üsullarını hazırlamaq baxımından çox ümidvericidir”, - alimlər qeyd ediblər.