İsrail polisinə qeyri-adi şikayət daxil olub.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bir gənc tanışlıq saytında gözəl bir qızla tanış olduğunu və yazışmalardan sonra onunla görüş təyin etdiyini söyləyib. Lakin görüşə gözəlin əvəzinə bəxtsiz gənci soyan iki kişi gəlib.
Məlum olub ki, reallıqda heç bir “gözəl” yox imiş, bu, gənci soyanların nəzarətində olan uydurma hesab olub.
Ancaq gənc oğlan, təbii ki, yazışmalar zamanı bunu bilməyib. Təyin olunan görüş yerinə gələndə hesabdakı fotodakı qızın yerinə onu iki oğlan gözləyib. Silahla hədələyərək onu bankomata aparmağa və hesabdan bir neçə min şekel (min şekel təxminən 274 dollardır-red.) çəkməyə məcbur ediblər. Sonra pulu götürüb gediblər.
Polis texnoloji izləmə cihazlarından istifadə etməklə araşdırma aparıb və iki şübhəlini - biri Elada, digəri Petah Tikva sakini olan iki 20 yaşlı kişini saxlayıb.