Elm adamları son 50 ildə insan beyninin kiçildiyini və bununla bağlı bəzi xəbərdarlıqlar ediblər.
Lent.az xəbər verir ki, dünyanın qabaqcıl universitetlərindən biri olan London İmperial Kollecində Beyin Kimyası və Qidalanma Departamentinin direktoru, öz sahəsində ən hörmətli adlardan biri olan professor Maykl Krouford beyinlə bağlı açıqlamalar verib.
Beyin üçün Qida Fondu təşkil edilən tədbirdə danışan Krouford, pis qidalanma və vərdişlər səbəbindən beyin kütləsi və İQ səviyyələrində ciddi itki olduğunu deyib.
Crawford, "IQ səviyyələri 1970-ci ildən bəri aşağı düşür və bu, həqiqətən də gülməli deyil. Çünki bu vəziyyət davam edərsə, homo sapiens növlərinin sonu gələ bilər”, - qeyd edib.
Beyin sağlamlığı üçün qidalanmanın əhəmiyyətinin qaçırıldığına diqqət çəkən Crawford, beyin sağlamlığı üçün yağlı balıqların daha tez-tez istehlak edilməsi lazım olduğunu da vurğulayıb.
“Müasir insan beyni bizim ilk əcdadlarımızın beynindən 17 faiz kiçikdir”, - professor Krouford bildirib.
Uşaqların və onların gələcəyinin də risk altında olduğunu bildirən Krouford, hamilə qadınların və uşaqlı qadınların da uşaqlarını əmizdirmək üçün omeqa-3 anbarı balıqlarına üstünlük verməli olduqlarını deyib.