İnsanlar neçə saat yatmalıdır? - CAVAB
25 avqust 2022 17:30 (UTC +04:00)

İnsanlar neçə saat yatmalıdır? - CAVAB

Lent.az-ın “Bir sual bir cavab” rubrikasında növbəti mövzusu yuxu rejimi ilə bağlıdır. 

Yuxu orqanizmin normal yaşaması üçün lazım olan mühüm fizioloji hadisədir. Sağlam insanlarda yuxunun optimal müddəti müxtəlifdir və yaş ötdükcə dəyişir.

Bəs, yaş qruplarına uyğun olaraq insanlar neçə saat yatmalıdır?

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni doğulmuş körpələr sutka ərzində 21 saat yuxu yatmalıdır.

6 aylıqdan 1 yaşına kimi uşaqlar 14 saat, 2-4 yaş arası isə 16 saat yuxuda olmalıdır. Bundan başqa, 12-15 yaş arası məktəblilər 9 saat, yetişkin və yaşlılar isə 7-8 saat aralığında yatmalıdır. 

Lakin bəzi tarixi şəxsiyyətlər çox az yatırmış. Məsələn, Napaleon, Şiller, Höte sutkada 4-5 saat, Edisson isə cəmi 2-3 saat yatarmış. 

Eyni zamanda, yuxu ilə bağlı da bir sıra gigiyena qaydalarına əməl etmək lazımdır. Axşam yeməyini yuxudan azı 2 saat qabaq yemək lazımdır ki, dolmuş mədə diafraqmanı yuxarıya basıb yatarkən rahat tənəffüs etməyə mane olmasın. 

Yuxuya mane olan kənar qıcıqlandırıcılara parlaq işıq, səs, kəskin iylər, çox isti və ya çox soyuq temperatur aiddir. Təmiz havanın normal yuxu üçün əvəzolunmaz əhəmiyyəti olduğunu nəzərə alıb pəncərə və nəfəsliyi açıq qoyub yatmaq məsləhətdir. Beyinə qan normal gəlməsi üçün yastıq nə çox hündür, nə də çox alçaq olmamalıdır. Sağ böyrü üstə yatmaq məsləhətdir, çünki ürək sol tərəfdə yerləşir. 

Spirtli içkilər içmək, səs-küy yuxu ilə ayıqlığın düzgün növbələşməsini pozur, sinir sistemini zəiflədir. 

Yuxusuzluqdan yaxa qurtarmaq üçün hər gün yuxudan əvvəl təmiz havada gəzmək, ilıq vanna qəbul etmək, havası dəyişilmiş, nəfəslikləri açıq olan otaqda yatmaq lazımdır. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2661
avatar

Fidan İlqar

Oxşar yazılar

Əsl  FACİƏ   ustaları: Əzab çəkməyi  sevən BÜRCLƏR

Əsl FACİƏ ustaları: Əzab çəkməyi sevən BÜRCLƏR

13 dekabr 2024 , 18:41
Saç tökülməsinə   səbəb ola biləcək 8 yemək vərdişi

Saç tökülməsinə səbəb ola biləcək 8 yemək vərdişi

13 dekabr 2024 , 16:44
Arktika yenidən dondurulur?

Arktika yenidən dondurulur?

13 dekabr 2024 , 12:50
İlon Maskın sərvəti artdı - O dünyanın ən varlı insanıdır

İlon Maskın sərvəti artdı - O dünyanın ən varlı insanıdır

13 dekabr 2024 , 02:05
Qadının əri hansıdır?  Əyləncəli 5 saniyəlik TEST

Qadının əri hansıdır? Əyləncəli 5 saniyəlik TEST

13 dekabr 2024 , 00:15
13-cü Cümə günündən qorxmalıyıqmı?

13-cü Cümə günündən qorxmalıyıqmı?

13 dekabr 2024 , 00:01
XXI əsrin qullar ölkəsi

XXI əsrin qullar ölkəsi

12 dekabr 2024 , 20:15
Avropanın bu ölkəsində zibil polisi  var

Avropanın bu ölkəsində zibil polisi var

12 dekabr 2024 , 13:09