İngilis dilində   danışanlar dünyanın ən  bədbəxt   insanlarıdır - ARAŞDIRMA
08 sentyabr 2025 14:03 (UTC +04:00)

İngilis dilində danışanlar dünyanın ən bədbəxt insanlarıdır - ARAŞDIRMA

0

Kanada, ABŞ, Böyük Britaniya, Avstraliya və Yeni Zelandiyanın gəncləri, orta hesabla, materik Avropa həmyaşıdlarından daha bədbəxtdirlər.

İngilis dilini bilmək həyatda daha çox imkanlar açır. Amma görünür ki, ingilis dili ana dili olan insanlar planetin ən bədbəxtləri sırasında yer alıblar. 

Lent.az bu barədə araşdırmanı xarici mənbəyə istinadən təqdim edir.

Yeni Dünya xoşbəxtlik hesabatı göstərib ki, Böyük Britaniya, ABŞ, İrlandiya, Avstraliya, Yeni Zelandiya və Kanadada stress yaşayan və özünü bədbəxt hiss edən gənclərin sayı artır.

Əlbəttə, ingilis dilinin buna heç bir dəxli yoxdur. Analiz göstərir ki, məhz bu ölkələrdə gənclərə şəxsi gələcək barədə, xüsusən də karyera perspektivləri ilə bağlı optimizm çatmır. Bu əhval-ruhiyyə isə kontinent Avropasının gəncləri ilə kəskin ziddiyyət təşkil edir. Avropada gənclər daha çox inanırlar ki, zəhmət sayəsində uğur qazanmaq mümkündür.

Anglosaks gənclərinin pessimizminin əsas səbəblərindən biri həmin ölkələrdəki mənzil bazarında yaranan böhrandır. Mənzil qiymətlərinin yüksəkliyi yalnız ingilisdilli dünyanın problemi olmasa da, Böyük Britaniya və ABŞ-da son 30 ildə yaşayış evlərinin qiyməti 200%-dən çox artıb. Halbuki kontinent Avropasında bu göstərici cəmi 80 faiz təşkil edib.

Əgər əvvəllər gənclər üçün öz evinə sahib olmaq möhkəm motivasiya idi, bu gün artıq çoxları heç vaxt kifayət qədər pul qazanaraq ev ala biləcəyinə inanmır.

Vəziyyəti daha da ağırlaşdıran səbəb odur ki, anglosakson ölkələrində ev və ya mənzilə sahib olmaq insan uğurunun əsas göstəricilərindən sayılır. Buna görə də bu imkandan məhrum olan gənclər daha da depressiyaya düşürlər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 656

Oxşar yazılar