Maraqlı hadisə ABŞ-da qeydə alınıb.
Lent.az xəbər verir ki, heyvanların gözəllik müsabiqəsində iştirak edən oğlan və inək uzun müddət ayaq üstə qaldıqları üçün yorulublar. Bu səbəbdən hər ikisi yatıb.
Maraqlıdır ki, 15 yaşlı oğlan elə tövlədəcə inəyə söykənərək yatıb. Heyvan isə yatarkən başını onun sinəsinə qoyub. Uşağın anası isə bu vəziyyəti kameranın yaddaşına köçürüb.
“Heyvanlara məhəbbəti olan insanları gördükdə ürəyim dağa dönür” – deyə qadın Feysbukda yazıb.