Belə bir addımı Azərbaycan məhkəməsi atsa yəqin ki gülüş obyekti olar. Amma heyvanlara həbs verən ölkələr də mövcuddur.
Lent.az xəbər verir ki, ötən həftə Cənubi Sudanda 12 yaşlı uşağı öldürmüş inək həbs edilərək sahibi ilə birgə polis idarəsində saxlanılır.
Polisdəki mənbə bildirib ki, məhkəmə ekspertizası inəyin uşağı öldürdüyünü təsdiq edib. Buna görə də məsuliyyətə cəlb ediləcək.
Bu, Sudan məhkəmə sistemində ilk hal deyil. Ötən ay məhkəmə yaşlı qadını öldürən qoça 3 il həbs cəzası verib. Qoçun sahibi isə mərhumun ailəsinə 5 inək bağışlamalıdır.
Klassik latın ifadəsində deyildiyi kimi, “dura lex, sed lex”, yəni qanun sərt olsa da, qanundur.