Bu gün ilin ikinci Günəş tutulması başlayıb.
BDU-nun Astrofizika kafedrasından Lent.az-a verilən məlumata görə, bu tutulma qismən Günəş tutulmasıdır.
Tutulma hadisəsi saat 12:58-də başlayıb və 17:02-də sona çatacaq. Tutulmanın maksimumu 15:00-da olacaq. Tutulma hadisəsi 4 saat 3 dəqiqə 50 saniyə davam edəcək. Bu tutulma hadisəsi Avropanın əksər hissəsində, Afrikanın şimalında, Yaxın Şərqdə və Asiyanın qərbində müşahidə olunacaq.
Tutulma hadisəsi Azərbaycanda da müşahidə ediləcək. Bakıda tutulma hadisəsi 13:59-da başlayacaq və 16:30-da sona çatacaq. Tutulmanın maksimumu 15:17-də olacaq.