İki ayağını itirən əsgər  Everesti fəth edəcək
22 may 2023 15:12 (UTC +04:00)

İki ayağını itirən əsgər Everesti fəth edəcək

Əfqanıstanda hər iki ayağını itirən Britaniya ordusunun keçmiş əsgəri dünyanın ən hündür dağı Everesti fəth etmək qərarına gəlib.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, 43 yaşlı Qari Budha Maqar 2010-cu ildə Əfqanıstanda xidmət edərkən əldəqayırma partlayıcı qurğunun üstünə basıb və hər iki ayağını itirib. O, 8849 metr hündürlüyündə olan Everestə qalxmağı qarşısına məqsəd qoyub. Onun dağa qalxmağı beş-yeddi gün çəkəcəyi gözlənilir. 

Qeyd edək ki, komanda 5364 metrdən Everestin baza düşərgəsinin zirvəsinə qədər hündürlüyü qət etməli, şaxta ilə mübarizə aparmalı və buz üzərində sıldırım dırmaşmalı olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1479
avatar

Arzu Qurbanlı

Oxşar yazılar