II Yelizavetanın xatirəsi üçün Məkkəyə gedən HƏBS OLUNDU
14 sentyabr 2022 19:34 (UTC +04:00)

II Yelizavetanın xatirəsi üçün Məkkəyə gedən HƏBS OLUNDU

Səudiyyə Ərəbistan hakimiyyəti mərhum Kraliça II Yelizavetanın xatirəsinə ümrə ziyarətini yerinə yetirmək üçün müqəddəs Məkkə şəhərinə səfər edən şəxsi həbs edib.

Lent.az xəbər verir ki, bu barədə “AFP” məlumat yayıb. 

Belə ki, Yəmən vətəndaşı müsəlmanlar üçün müqəddəs olan Məkkədə video çəkib. O, əlində “Kraliça II Yelizavetanın ruhuna rəhmət, Allahdan onu cənnətdə və salehlər arasında qəbul etməsini diləyirik”, sözləri yazılmış pankart tutub. 

“Twitter”də yayılan görüntülərdən sonra istifadəçilər həmin şəxsin həbs olunmasını tələb ediblər. 

Məlumata görə, Səudiyyə Ərəbistanı hökuməti Məkkədə zəvvarlara pankart daşımağı və şüar səsləndirməyi qadağan edir. Vəfat edən müsəlmanlar üçün ümrə etmək caiz olsa da, bu, İngiltərə kraliçası kimi müsəlman olmayan şəxslərə şamil edilmir. 

Qeyd edək ki, ümrə ildə bir dəfə baş tutan və dünyanın hər yerindən milyonlarla insanın iştirak etdiyi bir ziyarətdir. Həccdən fərqli olaraq bu ziyarət istənilən vaxt həyata keçirilə bilər. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6072
avatar

Sevinc Fərid

Oxşar yazılar