Ət sağlamlıq üçün gizli risk faktoru daşıyır
28 oktyabr 2025 10:57 (UTC +04:00)

Ət sağlamlıq üçün gizli risk faktoru daşıyır

0

Hər il milyonlarla insanın üzləşdiyi sidik yolları infeksiyaları (SYİ) təkcə şəxsi gigiyena ilə deyil, həm də qida məhsullarının keyfiyyəti ilə bağlı ola bilər. Corc Vaşinqton Universitetinin alimləri müəyyən ediblər ki, sidik yolları infeksiyalarının demək olar ki, hər beş hadisəsindən biri çirklənmiş ət vasitəsilə insana keçən E.coli bakteriya ştammlarından qaynaqlanır. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, tədqiqatçılar həm SYİ diaqnozu qoyulmuş xəstələrdən, həm də eyni rayonlarda yerləşən pərakəndə satış mağazalarından alınmış ət və quş əti nümunələrindən ümumilikdə 5,7 mindən çox E.coli nümunəsi toplayıblar. Daha sonra mütəxəssislər hər bir bakteriya xəttinin mənşəyini müəyyən etmək üçün genetik analiz aparıblar. Aydın olub ki, infeksiya hallarının təxminən 18 faizi heyvan mənşəli E.coli ilə bağlıdır və ən təhlükəli ştammlar daha çox toyuq və hinduşka ətində aşkarlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 328

Oxşar yazılar