Tailandın Çianq May şəhərində baş verən hadisə gündəm olub.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, ərindən şübhələnən qadın onun hara getdiyini düşünüb və cibindən bir kart tapıb.
Nömrəyə zəng edən qadın ərinin mütəmadi olaraq fahişəxanaya getdiyini öyrənib.
O, qisas almaq üçün ağlasığmaz üsula əl atıb. Oradakı menecerlə danışan qadın aldığı təklif qarşısında məəttəl qalıb.
“Fahişəxana müdiri məndən orada işləmək istəyib-istəmədiyimi soruşdu. Bir az təəccüblənsəm də, təklifini qəbul etdim”.
Ərinin intiqamını almaq üçün əxlaqsızlıq yuvasında işə başlayan qadın artıq bu işi sevdiyini və ərinin bundan xəbərsiz olduğunu qeyd edib:
“Uzun müddətdir ki, burada ərimdən xəbərsiz işləyirəm. Amma qorxuram ki, bir gün ərimlə burada görüşəcəyəm”.