Ən zəngin modellər  - SİYAHI
23 avqust 2021 16:15 (UTC +04:00)

Ən zəngin modellər - SİYAHI

Modellər həm reklam, həm də karyeraları ilə pul qazanırlar. Qazandıqları pullar isə saydıqca bitməz.

Lent.az xarici KİV-ə istinadən ən zəngin modellərin siyahısını təqdim edir:

1. Tamara Ekklstoun

Tamara, Bernie və Slavika Ekklstoun cütlüyündən şanslı bir uşaq olaraq dünyaya gəlib. 2012-ci ildən bəri öz televiziya proqramının aparıcısıdır. Bununla yanaşı, modelliyə də davam edir. Onun sərvəti 300 milyon dollardır.

2. Paris Hilton

Hilton otellərinin varislərindən olan Paris Hiltonun sərvəti də 300 milyon dollardır.

3. Randy Gerber

Bir müddət model olaraq ad qazanan və sonrakı illərdə iş dünyasında karyerasını davam etdirən Randy Gerberin 400 milyon dollar sərvəti var.

4. Petra Ekklstoun

Tamara Ekklstounun bacısı Petra Ekklstoun da siyahıda öz yerini alıb. Modellikdən başqa modelyer kimi də fəailləyt göstərir. 400 milyon dollar sərvəti olan Petra, eyni zamanda məşhur kişi markası “FORM”un qurucusudur.

5. Gisele Bundçen

Gisele Bundçen dünyanın ən məşhur modellərindən biridir. Marka və jurnalların axtarılan siması olan uğurlu qadının 400 milyon dollar sərvəti var.

6. Sindi Krouford

Gözəlliyi ilə 90-cı illərə damğasını vuran Sindi Krouford da bu siyahıda yer alıb. 17 yaşından bəri sənətdə olan gözəl ulduzun 400 milyon dollar sərvəti var.

7. Keti İrlandiya

Bir vaxtlar Sports Illustrated üçün model olan, hazırda aktrisa və yazıçı kimi fəaliyyət göstərən İrlandiyanın 500 milyon dollar sərvəti var.

8. Kayli Cenner

Son illərdə ən çox eşitdiyimiz adlardan biri 23 yaşlı Kayli Cennerdir. Yalnız modelliklə deyil, reklamlar, sosial media və öz məhsulları ilə də pul qazanan gözəl ulduzun sərvəti 700 milyon dollardır.

9. Slavika Ecclestone

Petra və Tamaranın anası Slavika Ekklstoun siyahıda 1-ci sırada yer alıb. Xorvatiyalı keçmiş modelin 1,2 milyard dollar sərvəti var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7902
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar