Dünyanın ən yaxşı otelləri - SİYAHI
07 oktyabr 2022 19:52 (UTC +04:00)

Dünyanın ən yaxşı otelləri - SİYAHI

"The Readers' Choice Awards" oxucu seçimi yarışması 2022-ci ilin ən yaxşı otellərinin siyahısını təqdim edib. 

Lent.az xəbər verir ki, səsvermənin nəticələrinin tam siyahısı "Condé Nast Traveler" səyahət jurnalının saytında dərc olunub.

2022-ci ilə görə, Fransanın Kot d'Azur sahilində yerləşən "Cheval Blanc St-Tropez" oteli dünyanın ən yaxşısı seçilib. 

Ən yüksək reytinqə sahib fransız mehmanxanası 1936-cı ildə Aralıq dənizi sahilində, Sen-Tropedə tikilib. "La Résidence de la Pinède" o vaxtlar deyildiyi kimi, dəniz kənarında zərif, sadə bir ev idi. 2019-cu ildə o, lüks malların istehsalı ilə tanınan Fransa şirkəti LVMH tərəfindən alınıb və adını "Cheval Blanc St-Tropez" adlandırılıb.

İndi malikanə məşhur dizayner Jean-Michel Vilmotte tərəfindən hazırlanmış zərif interyeri ilə ziyarətçiləri sözün həqiqi mənasında heyran edir.

Reytinqin ikinci pilləsində Kolumbiyanın Kartaxena şəhərində 17-ci əsrə aid, keçmiş monastırın binasında yerləşən “Sofitel Legend Santa Clara Cartagena” oteli qərarlaşıb. Müəlliflər yazır ki, otel çox zərif şəkildə keçmişin elementlərini müasirliklə birləşdirir. Otaqlar müasir və klassik üslubda bəzədilib. Pəncərələrdən baxdıqda isə Karib dənizinin və İçərişəhərin gözəl mənzərələr görünür.

Üçüncü yeri Amerikanın “The Driskill” oteli tutub. Texasın beşulduzlu oteli köhnə dəri divanları, inək dərisi stulları və divarlarda asılmış vətəndaş müharibəsindən qalma tapançaları ilə səyahətçilərə “orijinal və rahat” atmosferi təqdim edir.

Ən yaxşılar sırasına Türkiyə, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, İspaniya, Böyük Britaniya, Hindistan və Perudakı otellər də daxildir. 

Qeyd edək ki, reytinq cədvəli siyahısına müxtəlif mehmanxanalar (hostel) da daxildir: müasir şəhər mənzillərindən tutmuş, fərdi yaşayış evlərinə qədər.

 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3006
avatar

Nigar Namiq

Oxşar yazılar

Əsl  FACİƏ   ustaları: Əzab çəkməyi  sevən BÜRCLƏR

Əsl FACİƏ ustaları: Əzab çəkməyi sevən BÜRCLƏR

13 dekabr 2024 , 18:41
Saç tökülməsinə   səbəb ola biləcək 8 yemək vərdişi

Saç tökülməsinə səbəb ola biləcək 8 yemək vərdişi

13 dekabr 2024 , 16:44
Arktika yenidən dondurulur?

Arktika yenidən dondurulur?

13 dekabr 2024 , 12:50
İlon Maskın sərvəti artdı - O dünyanın ən varlı insanıdır

İlon Maskın sərvəti artdı - O dünyanın ən varlı insanıdır

13 dekabr 2024 , 02:05
Qadının əri hansıdır?  Əyləncəli 5 saniyəlik TEST

Qadının əri hansıdır? Əyləncəli 5 saniyəlik TEST

13 dekabr 2024 , 00:15
13-cü Cümə günündən qorxmalıyıqmı?

13-cü Cümə günündən qorxmalıyıqmı?

13 dekabr 2024 , 00:01
XXI əsrin qullar ölkəsi

XXI əsrin qullar ölkəsi

12 dekabr 2024 , 20:15
Avropanın bu ölkəsində zibil polisi  var

Avropanın bu ölkəsində zibil polisi var

12 dekabr 2024 , 13:09