Dünyanın ən çirkli əlləri hansı xalqdadır? – SİYAHI
16 yanvar 2025 23:26 (UTC +04:00)

Dünyanın ən çirkli əlləri hansı xalqdadır? – SİYAHI

Avropalıların əl yuma vərdişləri bəlli olub.

Lent.az xəbər verir ki, bəzi ölkələrin vətəndaşları tualetdən istifadə etdikdən sonra da əllərini yumurlar.

Əl yuma əsas gigiyena təcrübəsi olsa da, Avropada əl yuma vərdişlərində böyük fərqlər var.

Statista jurnalında dərc olunan avropalıların əl yuma vərdişləri ilə bağlı mövcud olan son məlumatlara görə; Hollandiyalıların yarısı tualetdən istifadə etdikdən sonra əllərini yumağa o qədər də əhəmiyyət vermir.

İtalyanların 43 faizi tualetə getdikdən sonra əllərini sabunla yaxşıca yumaqdan imtina edir.

Siyahıda üçüncü yerdə tualetdən istifadə etdikdən sonra əllərini yumayanların 39 faizi ispanlar, üçüncü yerdə 38 faizlə fransızlar, 37 faizlə ruslar gəlir.

Siyahıda növbəti yerləri Avstriya və Latviya tutur, hər iki əhalinin 35 faizinin əsas əl yuma vərdişlərindən məhrum olduğu görünür.

Polyaklar əl yumağa gəldikdə daha yaxşı rekorda sahibdirlər. Ölkə əhalisinin 68 faizi tualetdən istifadə etdikdən sonra əllərini yuduğunu bildirir.

Həm Çexiyada, həm də Ukraynada əhalinin 71 faizi, Bolqarıstanda isə 72 faizi əllərini yuyur.

Siyahıda növbəti yerləri 73 faizlə İsveçrə, 74 faizlə İrlandiya və 75 faizlə Böyük Britaniya tutur.

Finlərin təxminən dörddə biri tualetdən istifadə etdikdən sonra əllərini yumağı sevmir, lakin 76 faizi əl gigiyenasına diqqət yetirir.

Onları 78 faizlə Skandinaviya qonşusu İsveç izləyir. Bu, Almaniya və İslandiyanın da xalıdır.

80 faiz seqmentində əl gigiyenasına bir az daha ciddi yanaşan ölkələri görməyə başlayırıq.

Serbiyada əl yuma nisbəti 83 % olduğu halda, Rumıniyada 84 %, Kosovoda isə bu nisbət 85 % təşkil edir.

Əl gigiyenasına çox ciddi yanaşan iki ölkə Bosniya-Herseqovina və Türkiyədir.

Türkiyədə tualetə getdikdən sonra əllərin yuyulma nisbəti 94 %-dir.

Lakin bosniyalılar bu rəqəmi bir qədərə də irəli aparıb. Belə ki, Bosniya-Hersoqovinada əhalinin 96 faizi tualetə getdikdən sonra əllərini sabunla yaxşıca yuyur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 621
avatar

Oxşar yazılar