İllərlə ən çox çayı türklərin içdiyini düşünürdük. Çay türk mədəniyyətinin və gündəlik həyatının ən vazkeçilməz hissələrindən biridir. Səhər yeməyində bizi isidən, dost söhbətlərini tamamlayan və axşam televiziya qarşısında bizə yoldaşlıq edən bu içki bir çoxları üçün əsl həyat tərzidir.
Dünya statistikasına baxdıqda da türklərin bu mövzuda haqsız olmadığını görmək olur. Adambaşına illik orta hesabla 3,16 kiloqram çay istehlakı ilə Turkiyə siyahının ön sıralarında yer alır. Türkiyədən sonra isə İrlandiya v\ Birləşmiş Krallıq gəlir.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, dünyada adambaşına ən çox çay içilən yer nə Türkiyədir, nə də İngiltərə. Bu qeyri-adi rekord Almaniyanın çox xüsusi bir bölgəsinə məxsusdur.
East Frisia adlı bölgə Almaniyanın şimal-qərbində yerləşir və burada yaşayan insanlar dünyada ən çox çay içən toplum hesab olunur.
Alman Çay və Bitki Çayları Birliyinin məlumatına görə, Şərqi Friziya sakinləri ildə adambaşına təxminən 300 litr çay istehlak edir. Hamburqda yerləşən birlik bu göstəriciyə görə bölgə əhalisini “mübahisəsiz dünya çay çempionu” adlandırır.
Burada çay sadəcə içki deyil, uşaqlıqdan etibarən həyatın mərkəzində duran qədim ənənədir.
Tarixi XVIII əsrə qədər uzanan və həyatın mərkəzində dayanan bu xüsusi çay mədəniyyəti daşıdığı dərin mənalara görə 2016-cı ildə Almaniyanın qeyri-maddi mədəni irsi siyahısına rəsmi şəkildə daxil edilib.