Bursanın Mudanyanın Yaylacık kəndində ənənələrə uyğun toy edən Burak Kırıkoğlunun toyuna kənddəki bütün dostları qatılıb.
Lent.az-ın Türkiyə mediasına istinadla xəbərinə görə, kəndin girəcəyində toy maşınının qarşısını kəsən gənclər gəlin maşınının qarşısında əylənməyə başlayıblar.
6 saat gəlin maşınının qarşısında əylənən kəndin gəncləri bəyin başına açmadıqları oyun qalmayıb.
Bəyin paltarlarını cıran gənclər bəyə gəlinin maşınının qarşısında piknik üçün nəzərdə tutulan qaz peçində menemen bişirtdiriblər. Qaranlıq düşən kimi əyləncə başa çatıb.