1881-ci ildə Çexiyada tapılmış insan kəlləsi bərpa olunub.
Lent.az-ın xəbərinə görə, antropoloqlar kəllənin əsasında şəxsin üz cizgilərinin bərpasına 1930-cu illərdə cəhd ediblər. Lakin o dövrün şərtləri buna imkan verməyib.
Bu yaxınlarda isə Braziliyadan gəlmiş ekspertlər Vyana anatomiya muzeyində süni intellekt vasitəsi ilə kəlləni bərpa ediblər. Məlum olub ki, tapılan kəllə 17 yaşlı gəncə məxsusdur.
Lakin tədqiqatçılar gəncin ölümünün səbəbini tapa bilməyiblər.