Dəvələr gözəllik müsabiqəsindən kənarlaşdırıldı -  SƏBƏB   - VİDEO
09 dekabr 2021 16:21 (UTC +04:00)

Dəvələr gözəllik müsabiqəsindən kənarlaşdırıldı - SƏBƏB - VİDEO

Səudiyyə Ərəbistanında onlarla dəvə gözəllik müsabiqəsindən kənarlaşdırılıb.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, heyvanlarən müsabiqədən kənarlaşdırılması botoksa görədir.

Münsiflər heyəti plastik əməliyyat etdirilən 40-a yaxın dəvəni müsabiqədən kənarlaşdırmaq qərarına gəlib.

Səudiyyə Ərəbistanında hər il dəvə gözəlliyi müsabiqəsi keçirilir. Müsabiqə dəvə festivalı çərçivəsində Səudiyyə Ərəbistanı kralının himayəsi altında baş tutur. Bu dəfə müsabiqənin mükafat fondu 66 milyon dollar olub.
 
Ən gözəl kimi tanınan heyvanlar maliyyə mükafatı alacaqlar. Münsiflər heyəti heyvanların baş, boyun və donqarın formasını, həmçinin geyim və vərdişlərini qiymətləndirir.

Maraqlıdır ki, tədbirin qaydalarına fırıldaq etmək qadağandır. Bu məhdudiyyətlərə istənilən estetik əməliyyat daxildir.
 
Cazibədar uduş məbləği, əlbəttə ki, bir çox heyvan sahiblərini hiylələrə əl atmağa məcbur edir - dəvələrin dodaqları və ya burnu pompalanır, əzələləri və ya bədənin digər hissələri böyüdülür.
 

Dəvələr gözəllik müsabiqəsindən kənarlaşdırıldı

# 3519
avatar

Oxşar yazılar