Tailandda filin öz sahibini öldürməsi xəbəri müzakirə mövzusu olub.
Lent.az xəbər verir ki, 4 gün dayanmadan odun daşımağa məcbur edilən fil öz sahibini tapdalayaraq öldürdükdən sonra meşəyə qaçıb.
Hadisədən xəbər tutan veterinar nəzarət qurumu heyvanın axtarışına çıxıb. Meşədə aşkar edilən fil çox aqressiv olduğu üçün xüsusi güllə ilə yatızdırılaraq veterinar mərkəzə gətirilib. Mütəxəssislər bildiriblər ki, isti havada dayanmadan işləyən heyvan aqressivləşib.
Tailandda fillərin ağır yük daşıması 1989-cu ildən qadağan edilsə də, bu normaya əməl edilmir.