Alimlər dərinin gəncləşməsi üçün bəzi qidaları yeməyi məsləhət görüblər.
Lent.az xəbər verir ki, bu barədə “The Sun” jurnalında məlumat yayılıb.
Məlumata görə, üzdəki qırışların qarşısını almaq üçün ən yaxşı qidalardan biri gavalıdır. Həkimlər bu meyvənin faydalarının saysız-hesabsız olduğunu bildirib. Gavalı həzm sistemini yaxşılaşdırır, maddələr mübadiləsini sürətləndirir.
Onunla yanaşı, C vitamini ilə zəngin olan böyütkən də dərinin yaşlanma prosesini ləngidir və bədəndə kollagenin səviyyəsini artırır. Bu da dəriyə güc və elastiklik verir.
Dəri yaşlanmasının qarşısını alan qidalar arasında su, yumurta, kartof da xüsusi yer tutur. Onlar əsasən göz altındakı torbaların, dəri xəstəliklərinin aradan qalxmasına kömək edir.
Mütəxəssislər bildirib ki, təbii yağlardan istifadə, nişastalı karbohidratlar istehlak etmək vacibdir.
Yaşıl yarpaqlı tərəvəzlər və qatıq da daxil olmaqla probiotik qidalar iltihab əleyhinə, habelə səpgi və qaşınmaya səbəb olan ekzemanın artma riskini azaldır.
Dermotoloq Stanislav Arkannikov cavanlaşdırıcı təsiri olan qidalardan birinin qəhvə olduğunu iddia edib. Onun sözlərinə görə, qəhvənin tərkibində yaşlanmanı ləngidən antioksidanlar var.