Türkiyənin 46 min əhalisi olan rayonunda 2 ildir körpə doğulmur.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Zonquldakın Alaplı Rayon Dövlət Xəstəxanasında ginekoloq olmasına baxmayaraq, ailələr doğuş üçün Ereğlidəki xəstəxanalara gedirlər.
2 ildir ki, şəxsiyyət vəsiqəsində doğum yeri Alaplı olaraq yazılan körpənin olmadığı öyrənilib.
Əldə edilən məlumata görə, 46 min əhalisi olan rayonunda 2 il ərzində qeydiyyatda olan 446 ailənin həkimi tərəfindən izlənilən hamilə analardan cəmi 2-si qeysəriyyə yolu ilə doğuş edib.