Londonda yşayan bir qadın xeyirxah iş gördüyünü iddia edir.
Lent.az-ın xəbərinə görə, orta yaşlı London sakini kimsəzizlərin dəfnində iştirak edir, onlar üçün ağlayır.
Qadında bu işə maraq təsadüf nəticəsində yaranıb. Bir dəfə yaxınlıqdakı kilsəyə girən qadın görüb ki, vəfat etmiş müharibə veteranının dəfninə heç kim gəlməyib. Keşiş qadından xahiş edir ki, cənazəni qəbiristanlığadək müşayiət etsibn.
Qadın din xadiminin sözünü yerə salmır və dəfndən sonra onda bu işə maraq yaranır. Hər dəfə kimsəsizlərin dəfni zamanı qadın kilsəyə dəvərt edilir. O, indiyədək iki yüzdən çox kimsəsizin dəfnində iştirak edib.
Qadın həm də vaxtaşırı olaraq dəfn etdiyi şəxslərin məzarlarını da sahmana salır.