Bəzi tarixlərdə doğulan insanlar pul xərclədikcə daha da zənginləşirlər. Onların sözlərinə görə, belə şəxslər puldan qorxmur, əksinə səxavət və paylaşma onlara maddi bolluq və rifah gətirir.
Bu barədə Lent.az xarici mediaya istinadla xəbər verir.
Ayların 4, 6, 9, 13, 15, 18, 22, 24 və ya 27-ci günlərində doğulan insanlar pul xərclədikcə maliyyə baxımından daha uğurlu olurlar. İddiaya görə, bu tarixlərdə doğulanlar üçün “nə qədər çox sərf etsələr, bir o qədər tez yeni gəlir əldə edərlər” prinsipi işləyir.
Numeroloqlar bildirirlər ki, xüsusilə 6, 15 və ya 24-də doğulan qadınlar ailələrinə və partnyorlarına xoşbəxtlik və firavanlıq gətirirlər. Belə qadınlar ətraflarına pozitiv enerji yayır, bolluq və harmoniya yaradırlar.
Eyni zamanda, numerologiya sevgi mövzusuna da toxunur. Mütəxəssislərin sözlərinə görə, 2, 4, 6, 8, 11, 13, 15, 17, 20, 22, 24, 27, 29 və ya 31 tarixlərində doğulan insanlar sevgi münasibətlərində bəzən “məğlub tərəf” olurlar. Onlar açıqürəkli və səmimi olduqları üçün bütün hisslərini qarşı tərəfə həsr edirlər, lakin taleyin gətirdiyi çətin sınaqlar səbəbindən bəzən tək qala bilirlər.