Dünyada hələ də tam müəyyən edilməmiş bir çox fobiya növləri var. Meqalofobiya da, onlardan biridir. Bu xəstəliyin, mənası böyük şeylərdən qorxmaq deməkdir. Bu fobiyası olan insanlar nəhəng obyektlərin yanında olduqca stresli hiss edirlər. Böyük obyektlərin yanında özünüzü narahat hiss edirsinizsə, sizdə meqalofobiya ola bilər.
Bəs meqalofobiya tam olaraq nədir?
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, meqalofobiya; böyük əşyalardan qorxmaq deməkdir. Bu tip fobiyası olan insanlar böyük heyvanların, strukturların və ya nəqliyyat vasitələrinin yanında olduqda stress və qorxu hiss edir.
Meqalofobiya çox yaygın bir vəziyyət deyil və dünya əhalisinin 3-15 faizi arasında baş verdiyi təxmin edilir. Mütəxəssislər bunun niyə baş verdiyini bilmirlər və bu, yaşından və cinsindən asılı olmayaraq hər kəsin başına gələ bilər. Mövzu ilə bağlı çoxlu araşdırma olmadığı üçün mütəxəssislər tez-tez bunun keçmiş travma ilə bağlı ola biləcəyini düşünürlər.