Amerikalı mütəxəssislər bəzi şəxsi əşyalarımızı heç kimlə paylaşmamağı məsləhət görürlər.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, bu əşyaları biri ilə bölüşmək həm bizə, həm də qarşımızdakı insana zərər verə bilər:
Qulaqcıq
Qulaqlarımızda bir-birindən fərqli bakteriya florası var. Başqasının qulaqcığını istifadə edərkən bu tarazlıq pozula və nəticədə qulaq iltihabı yarana bilər. Qulaq sağlamlığınızı qorumaq üçün qulaqcıqlarınızı spirtlə dezinfeksiya edin.
Dodaq boyası
Tələsik harasa gedəndə çantamızda makiyaj ləvazimatlarımız olmayanda rəfiqəmizdən dodaq boyasını istəyirik. Bir dodaq boyasından heç nə olmaz deyirik, amma dodaq boyası uçuq kimi dəri problemlərini ötürə bilər. Bu hallardan qorunmaq üçün pomadanın uc qismini mütəmadi olaraq kəsin.
Dəriyə qulluq aksessuarları
Dəri təmizliyi üçün istifadə etdiyimiz fırçalar, süngərlər olduqca əlverişlidir. Unutmayaq ki, başqası ilə paylaşacağımız bu vasitələr sızanaq yaranmasına səbəb olur.
Dəsmal
Bədəndəki artıq mayeni özünə çəkən dəsmal bakteriyaların daha tez artmasına şərait yaradır.
Kosmetik aksessuarlar
Dırnaq qayçısı, qaş alan, təraş maşını və digər aksessuarlar da şəxsidir. Bu vasitələr içində görünməyən qan damlacıqları daşıyır. Uçuq və göbələk infeksiyası daşımaq istəmirsinizsə, bu əşyalarınızı paylaşmayın.